"İnsanlar mənim ən yaxşı müdafiəçi olduğumu unutmamalıdırlar"

“Liverpul”un və Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra maraqlı açıqlamalar verib.

 

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu dünyanın ən yaxşı müdafiəçisi olduğunu deyib:

 

“İnsanlar mənim çətin mövsüm keçirdiyimi deyirlər, amma mən bununla razılaşmıram. “Liverpul”un heyətində Çempionlar Liqasının finalında oynadım.

 

İndi də Xorvatiya millisinin üzvü kimi dünya çempionatının finalında iştirak edəcəm. Məncə, insanlar mənim ən yaxşı müdafiəçi olduğumu unutmamalıdırlar”.

 

Lovren millidəki komanda yoldaşı Luka Modriç haqda da fikir bildirib: “Luka Modriç dünyanın ən yaxşı yarımmüdafiəçisidir. Biz dünya çempionatının qalibi olsaq, o, “qızıl top” mükafatını qazanmalıdır”.

Tarix: 12 İyul 16:12    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.