"Qarabağ" Sloveniyada doşab axtarırdı, bal aldı - FOTOREPORTAJ

Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib.

 

Sportinfo.az xəbər verir ki, son 5 mövsümün çempionu “Qarabağ” mübarizəyə qoşulub.

 

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu “Olimpiya” ilə qarşılaşmada qüvvəsini sınayıb.

 

Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın “Stojitse” stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb.

 

Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

 

Tarix: 12 İyul 15:36    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.