Romulo İtaliyada klub dəyişdi

"Cenoa” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi braziliyalı yarımmüdafiəçi Romulonu transfer edib.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasında bağlanan müqavilənin detalları açıqlanmayıb.

 

31 yaşlı futbolçunun son klubu “Verona” olub. O, bu klubda 2013-cü ildən çıxış edirdi. 2014-cü ildə “Yuventus”un qısa müddətə icarəyə götürdüyü Romulo Turin təmsilçisinin heyətində də 4 oyuna çıxıb.

 

Təcrübəli yarımmüdafiəçinin İtaliyadakı ilk klubu isə “Fiorentina” olub. “Juventude”nin yetirməsi olan Romulo ölkəsində “Metropolitano”, “Şapekoense”, “Santo Andre”, “Kruzeyro”, “Atletiko Paranaense” kimi klublarda da forma geyinib.

Tarix: 12 İyul 15:24    Oxunub: 84    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.