Şimali Koreya baş nazirinin müavini DÇ-nın bağlanış mərasiminə qatılacaq

Şimali Koreya baş nazirinin müavini, Koreya Futbol Assosiasiyasının sədri Li Ryon Nam iyulun 15-də fubol üzrə dünya çempinonatının bağlanış mərasimində iştirak etmək üçün Rusiyaya səfər edəcək.

 

Sportinfo.az xəbər verir ki, məlumatı Şimali Koreyanın Rusiyadakı səfirliyi yayıb.

 

Bildirilib ki, onu mərasimə FİFA rəhbərliyi dəvət edib. Çempionatın açılış mərasiminə Şimali Koreyanı ölkənin Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nam qatılıb.

 

İyulun 15-də Moskvada Lujniki stadionunda dünya çempionatının final oyunu olacaq. Finalda Fransa-Xorvatiya milliləri qarşılaşacaq.

Tarix: 12 İyul 14:24    Oxunub: 48    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.