"Neftçi" yolunda yorğun və əldən düşmüş macarlar - FOTOLAR

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə  ilk oyunu üçün Bakıya gələn "Uypeşt" ciddi problemlə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, komandanın iki futbolçusuna Heydər Əliyev adına Beynəlxalq Hava Limanında viza verilməyib.

 

Bunlar malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobododu. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcək. Belə olan halda “Uypeşt”in baş məşqçisi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalır. 

 

“Uypeşt” Bakı səfəri zamanı başqa problemlə də üzləşib. Komandanı  çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limnlarına eniş edib.

 

Məhz buna görə, Budapeştdən yerli vaxtla saat 9:30-da yola düşən təyyarə Bakıya saat 18:40-da çatıb. Ölkəmizə gec çatdığı üçün komandanın "Dalğa Arena"da nəzərdə tutulan məşqi də baş tutmayıb. Həmçinin, baş məşqçinin mətbuat konfransı ləğv olunub. 

 

Tarix: 12 İyul 13:24    Oxunub: 251    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.