“Baltsan”nın texniki direktoru "Keşlə"nin üstün cəhətləri haqda

“Avrokubok matçlarının bizim üçün heç vaxt asan olmadığını bilirik.

 

Lakin düşərgəmizdə “Keşlə”yə böyük problem yaradacağımıza dair inam var.

 

Komandanın hazırlığından çox razıyam”.

 

Sportinfo.az xəbər verir ki, bunu bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Keşlə”ni qəbul edəcək “Baltsan”ın texniki direktoru Vladimir Simoviç “Times of Malta”ya açıqlmasında deyib.

 

O, bildirib ki, “Keşlə”nin əsas üstünlüyü hava toplarındadı. Klub rəsmisinin fikrincə, Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv müdafiədən hücuma çıxanda çox təhlükəli olur:

 

“Ötənilki heyəti qorumuşuq və yeni 6 oyunçumuz komandaya çox tez uyğunlaşdı. Ona görə də vəziyyət pozitiv görünür. Ümid edirəm ki, qələbə qazanmaq üçün ideal oyun nümayiş etdirəcəyik. Baş məşqçimiz Marko Miçoviç “Keşlə”nin oyun tərzini diqqətlə analiz edə bilib.

 

Əldə olunan məlumatlardan belə görünür ki, “Baltsan” rəqib futbolçuların hava toplarındakı ustalığına qarşı ehtiyatlı olmalıdır. Rəqib topa daha çox sahib olmağı sevməyən komandadır. Onların əsas qabiliyyətləti hücumların qarşısını almağı bacarmalarıdır.

 

Müdafiədən hücuma çıxanda çox təhlükəli olurlar. Biz çox ehtiyyatlı davranmalıyıq. Hava toplarında çox güclüdürlər. Onlar ötən mövsüm vurduqları 29 qoldan 16-nı standart vəziyyətdən reallaşdırıblar. Belə vəziyyətlərdə konsentrasiyanı qorumaq çox vacibdir”.

 

"Keşlə" "Baltsan"la ilk oyunu bu gün Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.

Tarix: 12 İyul 13:12    Oxunub: 99    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.