"İnanıram ki, mən bunu bacaracam və qalib biz olacağıq"

Fransa millisinin hücumçusu Olivye Jiru DÇ-2018-in yarımfinal mərhələsində Belçikanı məğlub edərək (1:0), finala vəsiqə qazandıqları oyun haqda açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, fransız hücumçu açıqlamasında uşaqlıq arzusunu reallaşdırdığını və finalda qol vurmaq istədiyini bildirib:

 

“Gözəl qələbə idi. Uşaqlıq arzumu gerçəkləşdirdim. Finalda qol vuraraq komandama kömək etmək istəyirəm.

 

İnanıram ki, mən bunu bacaracam və qalib biz olacağıq. 1998-ci ildəki qələbə unudulmaz idi. Ümid edirəm ki, biz də eyni sevinci yaşayarıq”.

Tarix: 12 İyul 12:48    Oxunub: 87    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.