Slavçevin Almeydanın boşluğunu doldura biləcəyini düşünmürəm

"Qarabağ" Sloveniyada ehtiyatlı oyuna üstünlük verir.

 

Ilk hissə çox aşağı tempdə keçdi.

 

Qurban Qurbanovun komandaya tapşırığı ilk növbədə qol buraxmamaqdır. "Olimpiya" xüsusi mənada seçilmir - ortabab komandadı. "Qarabağ"ın 3 yenisi meydandadı.

 

Qapıçı Vaqnerə iş düşmədi. Yarımmüdafiənin cinahlarında qərarlaşan Zubirlə Ozobiç barəsində də fikir bildirmək olmur.

 

"Qarabağ"a mütləq qol vurmaq lazım idi. 0:0 həddindən artıq arzuolunmaz hesabdı. 

 

Hazır olmayan "Qarabağ" Sloveniyadan sərfəli nəticə ilə qayıdır. Yeganə qanqaraldıcı məqam Qaranın "qırmızı"sıdı. Əvəzində, "Olimpiya"nın ən yaxşı futbolçusu - italyan klublarının hədəfində olan Issanın Bakıda oynamayacağı göydəndüşmə oldu.

 

Zubir 2-ci hissədə səviyyəsini göstərdi. Ozobiç cinahda narahat idi. Slavçevi heç bəyənmədim. Ilkin təəssürat aldadıcı da ola bilər. Bolqar təlim-məşq toplaşınının sonuna çatdı, yoxlama oyunu keçirmədən rəsmi matça çıxdı.

 

Hazır deyil, həyacanlıydı.. Yenə də, Slavçevin Almeydanın boşluğunu doldura biləcəyini düşünmürəm.

 

Dayaq yarımmüdafiəçi mövqeyinə yeni transfer ola bilər. "Qarabağ" tapşırığın 60%-ini yerinə yetirdi. Qaldı, Bakıda yarımçıq işi tamamlamaq.

 

Ceyhun Rzayev

 

Tarix: 12 İyul 12:24    Oxunub: 576    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.