Qurbanov DÇ-ya hazırlaşan yığmadan yenə nə tələb etdi?

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov dünya çempionatının hazırlıqlarına başlayan qadınlardan ibarət milli komanda ilə görüşüb. 

 

Sportinfo.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzinin iclas zalında baş tutan görüşdə əsas yığma ilə yanaşı, ikinci heyət və federasiya rəsmiləri də iştirak edib.

 

AVF rəhbəri voleybolçuların problemləri ilə maraqlanıb. O bildirib ki, dünya çempionatı öncəsi kollektivdə əhval-ruhiyyə yüksək olmalıdır və komanda mundailda özünü yaxşı tərəfdən göstərməlidir:

 

"Yığmamızı qarşıda dünya çempionatı gözləyir. Sentyabrın 29-dan oktyabrın 20-dək voleybol dünyasının ürəyi Yaponiyada döyünəcək.

 

Düzdü, Avropa çempionatında medalçılar sırasına düşə bilmədik. Bunu mən bir qədər şanssızlıq adlandırardım. Amma ümid edirəm ki, komanda mundialda özünü yaxşı tərəfdən göstərəcək".

 

Qurbanov millinin Qızıl Avropa Liqasında çıxışını da dəyərləndirib. O vurğulayıb ki, bu yarış gənclərin inkişafda olduğunu ortaya qoyub: "Qızıl Avropa Liqasında gənclərə güvəndik. Polina Rəhimova, Valeriya Məmmədova və başqa təcrübəli voleybolçularımız heyətdə yer almasalar da, gənclər özlərini doğrultdular.

 

Bəziləri yığmada ilk matçlarına çıxsalar belə, oyunlarından razı qaldım, inkişafdadırlar. Bunlar məni sevindirir. İnanıram ki, qarşıdakı yarışlarda daha güclü olacağıq və lazımi nəticəni qazanacağıq".

 

Azərbaycan yığması iyulun 9-dan bir araya gəlib. İlk 3 gündə tibbi müayinədən keçən voleybolçular iyulun 12-dən fiziki hazırlığa başlayacaq. Komanda iyulun ortalarında isə Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.

Tarix: 12 İyul 11:48    Oxunub: 295    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.