Andrey Yarmolenko rəsmən Premyer Liqa klubunda

“Vest Hem” Cek Uilşirin ardından daha bir transferini rəsmən açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Borussiya”da (Dortmund) çıxış edən ukraynalı yarımmüdafiəçi Andrey Yarmolenkonu transfer edib.

 

Tərəflər 4 illik müqaviləyə imza atıblar. İngiltərə klubunun bu transferə görə 25 milyon avro xərcə düşdüyü bildirilir.

 

Ukrayna yığmasının da şərəfini qoruyan 28 yaşlı futbolçu “Borussiya”ya 2017-ci ildə Kiyev “Dinamo”sundan transfer olunmuşdu. O, Dortmund təmsilçisinin heyətində cəmi 18 oyun keçirib, 3 qola imza atıb.

Tarix: 12 İyul 11:24    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.