"Avrokuboklarda da bizdən qalib gəlməyi gözləyirlər" - LENT

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Proqres”i (Lüksemburq) qonaq edəcək. 


Sportinfo.az xəbər verir ki, Premyer Liqamızın gümüş medalçısı bu matçın hazırlığını doğma məkanda tamamlayıb. 

 

Qarşılaşma öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov da fikirlərini bildirib: “Yenidən bu ab-havanı yaşamaq çox xoşdu. Mənim üçün də, futbolçular üçün də sevindiricidi.

 

Bu, başqa bir həyəcandı. Bizim üçün futbol bayramıdı. Komandada əhval-ruhiyyə yaxşıdı. Məqsədimiz birdi. Son hazırlıqlarımızı görürük.

 

Kapitan Cavid Hüseynovun yoxluğu bizim üçün yaxşı hal deyil. Həm o, həm də digər futbolçularımız komanda üçün önəmlidi. Məşqlərə Cavidsiz başlamışdıq, zədəli olduğu üçün toplanışı buraxdı”.


Qurbanov yeni transferlər barədə də fikirlərini açıqlayıb: “Sabien Lilay komandaya digərlərindən daha tez qoşulmuşdu. O biri iki oyunçu birbaşa Sloveniyaya gəldi.

 

Futbolçular özləri də deyir ki, kollektivdəki ab-hava onların çətinlik çəkmədən uyğunlaşmasına, ailəmizin bir üzvünə çevrilməsinə səbəb oldu. Oyun baxımından isə təbii ki, bir az vaxt lazımdı.

 

Yeni oyunçuların gündən-günə daha yaxşı olacağını düşünürəm. “Qəbələ” olaraq hər oyunda qələbə qazanmağa çalışırıq. Avrokuboklarda da bizdən qalib gəlməyi gözləyirlər.

 

Rəqibimizi təhlil etmişik, ciddi komandadı. Ancaq hər oyunda olduğu kimi meydana qələb, azarkeşlərimizi sevindirmək üçün çıxacağıq”. 


Baş məşqçi rəqib barədə fikirlərini də bildirib: “Proqres”i çempionat və ötənilki avrokubok matçlarına əsasən təhlil etmişik. İntizamlı, müdafiədə kompakt oynayıb, hücuma sürətli çıxan komandadı.

 

Onların qazandığı nəticələr də bununla, belə oyunla bağlıdı. Biz də buna uyğun hazırlaşmışıq. “Qəbələ” iddialı klubdu. Çalışacağıq ki, meydandakı oyunumuz da buna uyğun olsun.

 

Həmişə hücum futbolu oynamaq istəmişik. Təbii ki, müdafiəni də unutmamalıyıq. Həm hücum, həm də müdafiədə ən yaxşı səviyyədə çıxış etmək istəyirik. Bunun üzərində çalışırıq”.

 

Tarix: 12 İyul 11:00    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.