"Sizə hörmət əlaməti olaraq erməni futbolçumuzu "Qəbələ"yə gətirmədik"

Sportinfo.az xəbər verir ki, Lüksemburqun "Proqres"in baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyundan öncə mətbuat konfransı keçirib.

 

Özünüzü Qəbələdə necə hiss edirsiniz?

-Yeməklərinizi bəyəndiyim üçün mənə heç bir problem yoxdu. Avrokuboklarda bütün oyunlar vacibdir. Mərhələ keçmək üçün çalışacağıq.

 

Əsas hücumçunuz Karapetyan Qəbələyə gəlməyib. O da gəlməməyinin səbəbini türk futbolçunuz Mətinlə əlaqələndirib. Mətin ona nə deyib?

 

(Bu sualı Lüksemburq təmsilçisinin idman direktoru Tomas Jiljeman cavablandırıb).

- Bu çox həssas mövzudur. Ona görə də özüm cavab vermək istəyirəm. Sizə, azarkeşlərə hörmət əlaməti olaraq ötən mövsüm 59 qol vuran erməni futbolçumuzu bura gətirmədik. Bu sırf hörmət və feir-pleylə bağlı məsələdir.

 

Ötən il "Reyncers”i mübarizədən kənarlaşdırmışdız. Şotlandiya klubu ilə "Qəbələ” arasında nə fərq var? Hansı daha çətin rəqibdi?

- "Reyncers” daha məşhur komanda ola bilər. Amma biz bura mərhələ adlamaq üçün gəlmişik. Bunun üçün nə lazımdırsa, edəcəyik.

 

Özünüzə çox əminsiz. "Proqres”in "Qəbələ”dən hansı üstünlükləri var?

- Biz özümüzə inanmasaydıq, bura gəlməzdik, oyuna çıxmazdıq. "Qəbələ”nin necə komanda olduğunu da bilirik. Amma yenidən tarix yazmaq istəyiriksə, burada 18 döyüşçünün olması vacibdir. "Qəbələ”nin heyətində çox dəyişikliklər olub. Baş məşqçi və bir çox futbolçular komandadan gedib.

 

Bu sizin şanslarınızı artırır?

- Hər rəqibə hörmətlə yanaşırıq. Baş məşqçi və bir neçə yaxşı oyunçularının getdiyini bilirik. Amma bununla belə icarədə olan oyunçularının komandaya dönməsini, bir yarımmüdafiəçi, bir yaxşı hücumçu aldıqlarını da bilirik. Onlar favoritdir. Lakin bizim də şansımız var. 24 saatlıq yolu rəqibi izləməyə görə gəlməmişik.

Tarix: 12 İyul 10:48    Oxunub: 236    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.