"Biz finala getmək istəyirdik, sonuna qədər bacarmadıq"

İngiltərə millisinin forvardı Harri Keyn Xorvatiyaya uduzduqları oyunu şərh edib.

 

Sportinfo.az xəbər verir ki, mundialın hazırki bombardiri üzüntülü olduqlarını bildirib:

 

“Bizim üçün dəhşətli turnir idi. Amma yarımfinalda uduzmaq çox kədərlidir. Biz finala getmək istəyirdik. Hesab edirəm ki, sonuna qədər bacarmadıq.

 

Böyük matçları kiçik epizodlar həll edir. Topla uğurlu davranmaq lazımdır. Bu dünya çempionatı bizə müsbət şeylər verdi. İki ildir ki, böyük addım atmışıq”.

 

Tarix: 12 İyul 10:36    Oxunub: 64    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.