"Zirə"nin menyusu: “Əl-Xaritiyah”, “Osmanlıspor”, “Əskişəhərspor"

Yay təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək “Zirə”nin qonşu ölkədə planlaşdırılan yoxlama oyunlarındakı rəqiblərinin üçünün adı məlum olub. 

 

Sportinfo.az xəbər verir ki, iyulun 19-da səfərə çıxacaq komanda ilk görüşünü bir gün sonra Qətərin yüksək liqa təmsilçisi “Əl-Xaritiyah” klubuna qarşı keçirəcək. 

 

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bundan başqa daha 3 görüşə çıxacaq.

 

Belə ki, “qartallar” iyulun 23-də Türkiyə Super Liqa təmsilçisi “Osmanlıspor”, 27-də isə qardaş ölkənin 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la qarşılaşacaq. 

 

Həmçinin iyulun 30-da komanda daha bir yoxlama matçına çıxacaq. Bu oyundakı rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək. “Zirə” avqustun 1-də Bakıya qayıdacaq.

Tarix: 12 İyul 10:00    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.