“Hamımız çox kədərlənirik - Bunu gözləyirdikmi? Yox!"

“İlk hissədə yaxşı oynadıq, topu idarə etdiyimizdən məmnun idim.

 

Lakin həmin anda ikinci qolu vurmaq lazım idi”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya uduzan İngiltərənin baş məşqçisi Qaret Sautqeyt deyib.

 

O, komandasının ikinci hissədə təzyiqə dözdüyünü bildirib: “İkinci yarıda təzyiqə dözdük. Bunu bacarmaq lazım idi.

 

Əlavə vaxtda hər şey bərabər idi. Lakin Xorvatiya həmişə təhlükəlidir, çünki fərdi keyfiyyətləri yüksək olan oyunçular var.

 

Onlar son anda şanslarından yararlandılar və biz cavab verə bilmədik. Bizim komandada istedadlı futbolçular var. Xorvatiyaya finalda uğurlar arzulayıram”.

 

Sautqeyt hazırda çox çətin anlar yaşadıqlarını da sözlərinə əlavə edib: “Hamımız çox kədərlənirik. Bunu gözləyirdikmi? Yox.

 

Əgər ilk yarıdakı kimi yaxşı oynasaydıq, istəyimizi həyata keçirəcəkdik. İndi paltardəyişmə otağı ən ağır yerdir”.

 

Məşqçi 3-cü yer uğrunda görüşün onlar üçün əhəmiyyətli olmadığını bildirib: “Dürüst olmaq lazımdırsa, 3-cü yer uğrunda görüşdə heç kim görünmək istəməz. Lakin biz bu formanı geyinmişiksə, haqqını verməliyik. 24 saat ərzində toparlanmaq çətin olacaq”.

Tarix: 12 İyul 09:36    Oxunub: 98    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.