"Bakıda da belə oynasaq, “Qarabağ” asanlıqla mərhələ adlamayacaq”

“Oyuna dominantlıq edən biz olduq, “Qarabağ” isə yaratdığı yeganə qol vəziyyətindən maksimum yararlandı”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.

 

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında “Qarabağ”ı qəbul edən Sloveniya çempionu meydanı məğlub tərk edib – 0:1.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında serbiyalı çalışdırıcı ümidli danışıb. 40 yaşlı mütəxəssis hələ də mərhələ adlayacaqlarına inanır:

 

“Futbolçularım əllərindən gələni etdilər. Düzdü, rəqib əlverişli nəticə qazandı. Ancaq bu, hələ cütlüyün ilk matçıdı. İndi yalnız müsbət şeylər düşünməliyik.

 

Əgər Bakıda da Stojitsedəki kimi oynasaq, fikrimcə, böyük şansımız olacaq. “Qarabağ” asanlıqla mərhələ adlamayacaq”.

Tarix: 12 İyul 09:24    Oxunub: 273    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.