"Neftçi" ilə oyuna gələn "Uypeşt"in 2 futbolçusuna Bakıda viza verilmədi

“Neftçi” ilə keçirəcəyi Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu ilə əlaqədar Bakıya gələn “Uypeşt”in 2 futbolçusu problemlə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, Macarıstan klubunun malili yarımmüdafiəçisi Diallo Alassan və nigeriyalı hücumçusu Obinna Emmanuel Nvobodoya Bakı Hava Limanında viza verilməyib.

 

Bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcəklər. Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb.

 

Bundan başqa "Uypeşt"i çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limanlarına eniş edib.

 

Bu səbəbdən, Budapeştdən yerli vaxtla saat 9:30-da yola çıxan heyət Heydər Əliyev hava limanına saat 18:40-da çatıb. "Uypeşt" aeroport yaxınlığındakı "Şeraton Baku" otelində məskunlaşıb.

 

Bakıya gec çatdıqlarından, budapeştlilər "Dalğa Arena"da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub.

 

Bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Uypeşt" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq 

Tarix: 12 İyul 09:12    Oxunub: 243    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.