"Final çətin olsa da, ən yaxşı oyunumuzu oynamağa çalışacağıq”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının yarımfinalında İngiltərəyə qalib gəldikləri oyundan danışıb.

 

Sportinfo.az xəbər verir ki, çalışdırıcı bu nəticədən sonra 1998-ci il mundialını da xatırlayıb:

 

“1998-ci il dünya çempionatının 3 oyununda azarkeş idim. Həmin vaxt yarımfinalda Fransaya uduzmuşduq.

 

Şukerin qolunun sevincini başa vurmamış qapımızda qol görmüşdük. 3-cü yer tutmuşduq və o tarixi anlar idi.

 

İndi biz tarix yazmışıq. Final çətin olacaq və ən yaxşı oyunumuzu oynamağa çalışacağıq”.

 

Tarix: 12 İyul 09:00    Oxunub: 78    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.