"Qəbələ” iddialı klubdu, çalışacağıq ki, bu iddiamızı qoruyaq"

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Luksemburq "Proqres"i ilə oyundan öncə mətbuat konfransı keçirib.

 

Sportinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

Baş məşqçi kimi ilk avrokubok oyununuzdur. Özünüzü necə hiss edirsiniz?
- Yenidən avrokubok ab-havasını yaşamaq çox sevindiricidir. Komandada ab-hava yaxşıdır. Yenidən burda olmaq, ab-havanı yaşamaq xoşdur. Başqa bir həyacandır. Məqsədimizə çatmağa bir gün qaldı.

 

Cavid Hüseynov sabahkı oyunda iştirak etməyəcək. Bu komandaya necə təsir göstərə bilər?
- Kapitanımızın olmamağı bizim üçün yaxşı hal deyil. Cavid bizim üçün önəmli futbolçudur. Təlim-məşq toplanışına ilk gündən onsuz başladıq. Komandamızda onun yerini dolduracaq futbolçular var. Onlara güvənirik.

 

Yeni transferlər komandaya uyğunlaşıb?
- Digərlərinə nisbətən Lilay komandaya tez qoşulub. Digərləri Sloveniyada bizə qoşuldu. Futbolçuların dediyinə görə, komandaya uyğunlaşmaqda problem yaşamayıblar. Özlərini ailəmizin bir üzvü hesab edirlər. Bu ab-havaya görə bir addım irəlidəyik.

 

Klub olaraq ilk oyundakı hədəfiniz nədir?
- "Qəbələ” olaraq hər oyunda hədəfimiz qələbədir. Hamı bizdən qələbə gözləyir. Rəqibimiz güclüdür. Oyuna qələbə üçün çıxacağıq.

 

Rəqibin üstün və zəif cəhətlərini analiz etmisinizmi?
- Rəqibin çempionat oyunlarını izləyib təhlil etmişik. Yetərincə intizamlı, sıx oynayan komandadır. Bu onların uğurudur. Biz də buna uyğun işlərimizi qurmuşuq. Hücumlara yaxşı çıxırlar. Kompakt oyun sayəsində nəticə qazanırlar. Futbolçular haqqında məlumatımız var.

 

Oyun fəlsəfəniz necədir?
- "Qəbələ” iddialı klubdur, çalışacağıq ki, bu iddiamızı qoruyaq. Müdafiəni unutmadan hücum futbolu oynayaq. Hər gün bu barədə çalışırıq.

 

Yoldaşlıq oyunları göstərdi ki, son nöqtəni qoymaqda komandanız çətinlik çəkirdi...
- Yoxlama oyunlarında futbolçulardan başqa şeylər tələb edirik. Bu oyunların bizə çox köməyi oldu. Qol imkanlarımız olurdu. Bu əsas göstərici deyil. Qol vəziyyətlərindən istifadə edəcəyik. Məncə, belə problemimiz olmayacaq.

Tarix: 12 İyul 08:24    Oxunub: 122    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.