Poqba qələbəni mağarada qalan tailandlı uşaqlara həsr etdi

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba Belçika üzərində qələbəni Tailandda mağarada qalan futbolçu uşaqlara həsr etdikləri barədə paylaşım edib.

 

Sportinfo.az xəbər verir ki, o, “İnstagram” hesabından həmin uşaqların fotolarını paylaşaraq bu sözləri yazıb:

 

“Bu qələbə günün qəhrəmanları - uşaqlara həsr edilib. Onlara deyirəm ki, çox güclü olun”.

 

İiyunun 23-də yaşları 11-16 arası olan 12 uşaq futbol məşqindən sonra məşqçiləri ilə birgə dağa çıxaraq mağaraya baş çəkiblər.

 

Lakin sel suları gözlənilmədən mağaraya girişi bağlayıb və uşaqlar oradan çıxa bilməyiblər. Onların yerini ancaq 10 gün sonra aşkar etmək mümkün olub. 1 həftəlik tədbirlərdən sonra dünən uşaqları xilas etmək mümkün olub.

 

Tarix: 11 İyul 21:00    Oxunub: 75    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.