Məşhur klub ABŞ-ın investisiya korporasiyasının əlinə keçdi

“Milan” ABŞ-ın investisiya korporasiyası “Elliott Management”in nəzarətinə keçib.

 

Sportinfo.az xəbər verir ki, İtaliya nəhəngi borca görə belə duruma düşüb.

 

“Milan”ın hazırkı sahibi, çinli iş adamı Li Yun Xun korporasiyaya olan borcunu vaxtında bağlaya bilməyib. Onun “Elliott Management”ə 32 milyon avro borcu olub.

 

“Milan”ı nəzarətinə götürən korporasiya, klubda maliyyə sabitliyini təmin etmək üçün 50 milyon avro ayırmaq niyyətindədir.

Tarix: 11 İyul 20:48    Oxunub: 71    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.