Qurban Qurbanov: “Bakıda bizi daha çətin və ağır oyun gözləyir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Sloveniya çempionu “Olimpiya”ya (Lyublyana) qarşı keçirdikləri ilk oyunu şərh edib.

 

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:

 

“Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdi.

 

Düzdü, minimalhesablı qələbə qazandıq, amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq”.

Tarix: 12 İyul 01:00    Oxunub: 166    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.