Donald Trampı Belçikada qarşılayan olmadı - DÇ-2018-ə görə

ABŞ prezidenti Donald Tramp NATO-nun sammitində iştirak etmək üçün Belçikaya gəlib.

 

Sportinfo.az xəbər verir ki, Trampı Brüsselin hərbi aeroportunda yüksək çinli dövlət rəhbərlərindən heç kim qarşılamayıb.

 

Onu yalnız xarici işlər nazirliyinin protokol xidmətinin rəhbəri Fransuaza Qyusten qarşılayıb. Həmin vaxt Belçikanın kralı Filipp, kraliça Matilda, xarici işlər naziri Didye Reynders DÇ-2018-in yarımfinalında keçirilən Belçika - Fransa oyununa baxmaq üçün Sankt-Peterburqda olublar.

 

Baş nazir Şarl Mişel isə həmin vaxt qarşılaşmanı Bren-le-Kont şəhərindəki fan-zonadan izləyib. Belçika Fransaya 0:1 hesabı ilə məğlub olub. NATO-nun sammiti iyulun 11-12-də Brüsseldə keçiriləcək.

Tarix: 12 İyul 00:50    Oxunub: 157    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.