"Qarabağ" qorxulu səfərdən gülə-gülə döndü - VİDEO

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayıb.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Sloveniya çempionu "Olimpiya" ilə I təsnifat mərhələsinin ilk oyununa çıxıb.

 

Lyublyanadakı "Stojitse" stadionunda baş tutmuş qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yeganə qolu 79-cu dəqiqədə rəqib qapısı qarşısına ötürmədən sonra Donald Gerrye vurub. 85-ci dəqiqədə isə İssa Abass Bədavi Hüseynova bilərəkdən zərbə endirdiyi üçün qırmızı vərəqə alıb.

 

Uzatma dəqiqələrində isə Qara Qarayev ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. Bununla belə, sloveniyalıların cəhdləri nəticə verməyib.

 

Beləliklə, səfərdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" iyulun 18-də Bakıda keçiriləcək cavab görüşü üçün böyük üstünlük əldə edib.

 

Tarix: 12 İyul 00:30    Oxunub: 270    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.