"Qəbələ"nin vitse-prezidenti: "Avroliqada gücümüz nəyə çatsa, onu da etməyə çalışacağıq"

Sportinfo.az xəbər verir ki, "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avroliqanın I təsnifat mərhələsində qarşılaşacaqları Lüksemburq "Proqres”i ilə oyundan əvvəl sualları cavablandırıb.


Komanda yeni və cavan baş məşqçisi ilə ilk Avropa Liqası matçına çıxacaq. Onun avrokuboklarda təcrübəsiz olması sizdə hər hansı narahatlıq yaratmır?
- Bu barədə heç bir narahatlığımız yoxdur. Komandada bəzi dəyişikliklər olub. Dəyişikliklər həm baş məşqçi, həm də futbolçular baxımından reallaşıb. "Qəbələ”yə yeni cəlb olunan oyunçular da var. Ona görə fərqli olacağını gözləyirik. İstənilən halda potensialımız nəyə çatırsa ona uyğun çıxış etməyə çalışacağıq.
 
Komandanın kapitanı Cavid Hüseynovun olmamasını ciddi itki hesab etmək olar?
- Kimin olub-olmaması bizdən asılı olmayan səbəbdir. Əlimizdə olan futbolçulardan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Cavid komandanın aparıcı futbolçusudur, həm də kapitanıdır.
 
İlk oyunda qələbə vacib amildir. Bu matçda hansı nəticəyə ümid edirsiniz?
- Mən proqnoz verməyi xoşlamıram. Oyunun nəticəsi ilə bağlı əvvəlcədən danışmamışam. Amma əsas məsələ odur ki, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksələn komanda biz olaq. Rəqib ötən mövsüm Şotlandiyanın "Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. Bu qarşılaşmalara maksimum dərəcədə məsuliyyətlə yanaşmalıyıq.
 
Komandanın əsas hədəfi Avropa Liqasının qrupuna düşməkdir?
- Biz iki mövsüm ardıcıl olaraq qrupa düşəndə fərqli heyətlərlə mübarizə aparmışıq. Yeni qurulan komanda nadir hallarda uğur qazana bilir. Heyətdə kifayət qədər ciddi dəyişiklər var. Gücümüz nəyə çatsa, onu da etməyə çalışacağıq.
 
Bu matçda klub prezidenti Taleh Heydərov iştirak edəcəkmi?
- Bu barədə məlumatım yoxdur. Ölkə xaricində idi. Dəqiq bilmirəm.

Tarix: 12 İyul 00:20    Oxunub: 134    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.