Ronaldonun “Yuventus”a transferinə etiraz olaraq tətil elan etdi

 İtaliyanın “Fiat” avtomobil konserninin əməkdaşları Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər.

 

Sportinfo.az xəbər verir ki, işçilər 33 yaşlı hücumçunun “Real”dan alınması üçün ödənilən vəsaitin, eləcə də oyunçunun illik əməkhaqqının qəbuledilməz olduğunu düşünürlər. 

 

“İşçilər kəməri bərk-bərk sıxdıqları halda, şirkət bir futbolçu üçün bu cür vəsait ödəyir. Əməkdaşlar az və yubanan maaşlara görə qənaət edir, amma kompaniya milyonlar xərcləyir. Bu, qəbuledilməzdir!” deyə onlar bildiriblər.

 

“Fiat” “Yuventus”un sahibi olan “Exor” holdinqinə daxildir. Turin klubu Ronaldonun transferi üçün 2 il ərzində “Real”a 100 milyon avro ödəyəcək. 4 illik müqaviləyə qol çəkən futbolçunun illik maaşı isə 30 milyon avro olacaq.

Tarix: 12 İyul 00:10    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.