Xorvatiya – İngiltərə: CANLI YAYIM

Dünya çempionatında bu gün daha bir finalçı müəyyənləşəcək.

 

Sportinfo.az xəbər verir ki, ikinci yarımfinal matçında Xorvatiya və İngiltərə yığmaları üz-üzə gələcəklər.

 

Xorvatiya ¼ finalda əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatan oyunda Rusiyanı penaltilər seriyasında məğlub edib - 4:3. İngiltərə isə İsveçi 2:0 hesabı ilə üstələyib.

İki komanda dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaq. Xorvatiya millisi mundiallar tarixində ikinci dəfə yarımfinal matçına çıxacaq. Komanda son olaraq 1998-ci il dünya çempionatında bu mərhələyədək irəliləsə də, Fransaya 1:2 hesabı ilə uduzub.

İngiltərə yığması isə dünya çempionatları ərzində üçüncü dəfə yarımfinal matçına çıxacaq. Britaniyalılar qızıl medal qazandıqları 1966-cı il dünya çempionatının yarımfinal oyununda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edib. 1990-cı ildə isə Almaniyaya penaltilər seriyasında uduzub.

 

22:00 Xorvatiya – İngiltərə

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun (hamısı Türkiyə), Byörn Kuypers (Hollandiya)

Moskva, "Lujniki" stadionu

 

Bu görüşün qalibi iyulun 15-də keçiriləcək final matçında Fransa ilə qarşılaşacaq. Məğlub komanda isə iyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika önünə çıxacaq.

 

Tarix: 11 İyul 21:48    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.