“Qarabağ”ın çox güclü və təhlükəli olduğunu deyə bilərəm"

“Qarabağ” çox yaxşı komandadı.

 

Düzdü, onlar təlim-məşq toplanışına bizdən əvvəl başlamışdılar, ancaq bu, azərbaycanlıların keyfiyyətli komanda olduğu gerçəyini dəyişmir”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Sloveniya yığmasının sabiq futbolçusu Zlatko Dediç deyib.

 

Hazırda “Vaker İnsburq”un formasını geyinən hücumçu Sloveniya mətbuatına açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı barədə fikirlərini bildirib.

 

Avstriya təmsilçisinin heyətində iyunun 26-da “Qarabağ”la keçirilən yoxlama görüşündə (0:0) iştirak edən 34 yaşlı forvard Azərbaycan çempionu barədə müsbət fikirlər bildirib:

 

“Olimpiya”nın hazırkı gücünü bilmirəm, onlara qarşı oynamamışam. Bu üzdən komandaları müqayisə etmək çətindi. Ancaq “Qarabağ”ın çox güclü və təhlükəli olduğunu deyə bilərəm.

 

Fakt odu ki, onlar ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak ediblər. Xüsusən də, “Atletiko”dan hər iki görüşdə xal almalarını vurğulamaq lazımdı. Bu fakt onların gücünü bilmək üçün kifayətdi.

 

Transfer bazarında çox fəaldırlar, güclü futbolçular ala bilirlər. Əla səviyyədə təşkilatlanmış yüksək şəxsiyyətlərə malik kollektivdi.

 

Futbolçuları texniki cəhətdən əla durumdadı. Ən böyük özəlliklərindən biri sürətli olmalarıdı. Topla oynamağı sevən komandadı, eyni zamanda rəqibin təzyiqinə cavab verməyi bacarır.

 

Çox riskə imkan vermirlər, çətin durumdan sadə yollarla çıxmağı bacarırlar. Lyublyanalıları çox böyük sınaq gözləyir" (apasport.az).

Tarix: 11 İyul 20:36    Oxunub: 367    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.