"O, baş məşqçinin istəyi ilə komandaya alınmadığı üçün…"

“Mövsümün ilk oyunundan əvvəl “Olimpiya”nın hansı durumda olduğu bilinmir”.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Sloveniya mətbuatında yazılıb.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ı qəbul edəcək “Olimpiya”nın hazırkı vəziyyəti yerli KİV-i razı salmır.

 

Həmkarlarımız yeni çalışdırıcının təcrübəsiz olmasından və bir hücumçunun heyətdə salınmamasından narahatdılar:

 

“İqor Bişçanın gedişindən sonra İliya Stolitsa baş məşqçi vəzifəsinə gətirildi. Stolitsa təcrübəsiz mütəxəssisdi, “Qarabağ”la matç onun karyerasının ən böyük oyunu olacaq.

 

Stolitsanın rəhbərliyi altında komandanın necə oynayacağını bu gün görəcəyik. Komandada kifayət qədər dəyişikliklər oldu. Gedənlər və gələnlər var ki, bununla əcnəbi oyunçuların sayı artdı.

 

Mark Putinçanın, Mark Qayiç, Asmir Sulyiç transfer olundu, “trio” bu gün meydana çıxa bilər. Andriya Kaludzeroviç yeni transfer edilməsinə baxmayaraq, taleyi qeyri-müəyyəndi.

 

Kaludzeroviç yoxlama görüşlərində müntəzəm oynasa və əla təsir bağışlasa da, “Qarabağ”la matçın iştirak ərizəsinə salınmadı.

 

Çünki serbiyalı forvard baş məşqçinin istəyi ilə alınmayıb. “Əjdahalar” “Qarabağ” önünə onsuz çıxacaq ki, bu da futbolçunun komandada qalmasını şübhə altına salır”.

Tarix: 11 İyul 19:48    Oxunub: 316    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.