Rəsmən “Səbail”də - FOTO

“Səbal” növbəti transferini həyata keçirib.

 

Sportinfo.az xəbər verir ki, paytaxt klubu ukraynalı legioner İqor Korotetskini rənglərinə bağlayıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb. 

 

Korotetski “Səbail”in bu yay fasiləsi dönəmində ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları - Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Vüqar Bəybalayev ("Sumqayıt") və Ruslan Qurbanovu ("Qəbələ") transfer edib, Fəhmin Muradbəylini ("Neftçi") icarəyə götürüb.

Tarix: 11 İyul 19:00    Oxunub: 351    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.