"Problemlərdən çəkinmirik"

"Olimpiya"nın baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la oyunöncəsi qayğılıdı.

 

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis zədə probleminə görə əsas heyəti müəyyənləşdirə bilmədiyini etiraf edib:

 

"Öz oyunumuzu oynamağa çalışacağıq. Start "11-liy"ini hələ müəyyənləşdirməmişəm, çünki zədələrlə bağlı bəzi problemlərimiz var. Bütün futbolçularımızn xarakterləriylə fəxr etməlyiəm, çünki həqiqətən xüsusi qrup insanları cəmləşdirmişik.

 

Bəzi komponentlərdə də artırmalıyıq ki, Avropada uğurlu çıxış edək. Hesab edirəm ki, düzgün yoldayıq. Problemlərdən çəkinmirik. Matçı səbirsizliklə gözləyirik.

 

Peşəkar kollektivim, xüsusilə futbolçularım qarşılaşmaya hazırdı. "Qarabağ"ı kifayət qədər təhlil etmişik. Rəqibin heyətində ciddi dəyişikliklər var".

40 yaşı ötən günlərdə tamam olan mütəxəssis daha sonra deyib: "Qarabağ" yaxşı komandadı, keyfiyyətli futbolçuları var.

 

Ötən il bu komanda Çempionlar Liqasının qrupunda çıxış edəb və bu təsadüf ola bilməz. Çətin sınaq qarşısındayıq. Güclü rəqiblə düşmüşük və özümüzü göstərməliyik"

Tarix: 11 İyul 18:48    Oxunub: 132    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.