Malta klubu “Keşlə” ilə oyunlara 12 legioner sifariş etdi - SİYAHI

Avropa Liqasında Azərbaycan təmsilçisi “Keşlə”nin rəqibi olan Maltanın “Baltsan” klubu I təsnifat mərhələsi üçün iştirak ərizəsini təqdim edib.

 

Sportinfo.az xəbər verir ki, serbiyalı baş məşqçi Marko Miçoviç 23 nəfərlik siyahıya 2 qapıçı, 10 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu daxil edib.

 

Onların sırasında ümumilikdə 12 legioner - 5 serbiyalı, 2 braziliyalı, eləcə də İngiltərə, Uruqvay, Kolumbiya, Makedoniya və Monteneqrodan olan 1 oyunçu yer alıb.

 

Qapıçılar: 1. Şon Mintoff, 83. Stiv Sultana;

 

Müdafiəçilər: 4. Castin Qrioli, 11. Stiv Betsina, 14. Harri Askroft (İngiltərə), 15. Maykl Conson, 16. Antonio Mitrev (Makedoniya), 18. Uroş Lyubomirats, 20. İvan Bozoviç (hər ikisi Serbiya), 21. Nil Frendo, 23. Elkin Serrano (Kolumbiya), 42. Rikardo Korrea (Uruqvay);

 

Yarımmüdafiəçilər: 6. Deyl Kamillyeri, 8. Nenad Sliviç (Serbiya), 9. Lekao (Braziliya), 30. Kadu (Braziliya), 88. Şon Çipriott, 99. Miloş Lepoviç (Serbiya);

 

Hücumçular: 7. Laydon Mikallef, 10. Siray Arab, 17. Alfred Effyonq, 50. Andriya Maydevaç (Serbiya), 86. Boyan Kalyeviç (Montenqero);

 

"Keşlə" "Baltsan"la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda keçirəcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.

Tarix: 11 İyul 17:12    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.