“Qarabağ” – “Olimpiya” matçı "Tofiq Bəhramov"da keçiriləcək

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Sloveniya çempionu “Olimpiya” arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılır.

 

Sportinfo.az xəbər verir ki, sözügedən matçın biletlərini bu gün - iyulun 11-dən etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar.

 

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.

 

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı.

 

“Qarabağ” - “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

 

Şatış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları (11:00-20:00)
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt) (I - V: 10:00- 19:00, VI-VII: 10:00-17:00 (Fasilə: 14:00 - 15:00))
Heydər Əliyev Sarayının kassası (11:00-19:00, Fasilə: 14:00-15:00)
28 Mall (10:00 - 22:00)
Gənclik Mall (10:00- 22:00)
Park Bulvar (Qarabağ FK Fanshop) (10:00 - 22:00)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) (10:30-18:30, Fasilə: 15:00-16:00)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) (11:00-19:00, Fasilə: 15:00-16:00)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası) (10:00-18:00, Fasilə: 14:00-15:00)

Tarix: 11 İyul 15:48    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.