Fransa - Belçika oyununu seyr edən 30 nəfər xəsarət aldı

Fransanın Nitsa şəhərində dünya çempionatının yarımfinalında qarşılaşan ölkə millisi ilə Belçika arasında matçın final fitinə bir neçə dəqiqə qalmış yaranan çaxnaşma nəticəsində təqribən 30 nəfər xəsarət alıb.

 

Sportinfo.az xəbər verir ki, ilkin məlumatlara görə, çaxnaşmaya havaya fişəng və ya tüstü şaşkasının atılması səbəb olub.

 

İnsanlar qaçmağa başlayıblar, onlardan bəziləri barlarda gizləniblər, bir çoxları şokdan ağlayıblar. Küçələrdən birində yerləşən kafenin masa və stulları basabas nəticəsində çevrilib. Hadisə yerinə altı "təcili yardım" briqadası göndərilib.

Tarix: 11 İyul 15:24    Oxunub: 75    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.