Ronaldo: "Buna görə, “Real” rəhbərliyindən məni satmalarını xahiş etdim"

“Yuventus”la 4 illik müqavilə bağlayan Kriştiano Ronaldo 9 il çıxış etdiyi “Real”ın azarkeşlərinə məktub ünvanlayıb. 

 

Sportinfo.az xəbər verir ki, Ronaldo məktubunda azarkeşlərə minnətdarlıq edib:

 

“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba hədsiz dərəcədə minnətdaram. Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm.

 

Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də, “Real” rəhbərliyindən məni satmalarını xahiş etdim. Bu, mənim qərarımdır və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm.

 

Bu, möhtəşəm 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam.

 

“Real” mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənimlə olacaq. 9 il əvvəl dediyim kimi, “Yaşasın Madrid!”

Tarix: 11 İyul 15:12    Oxunub: 281    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.