“Modriçi saxlamaq üçün planımız var” - Cordan Henderson

“Xorvatiya millisi güclü rəqibdir. Bu turnirdə özlərini sübut etdilər”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri İngiltərə yığmasının yarımmüdafiəçisi Cordan Henderson deyib.

 

O, dünya çempionatının yarımfinalında Xorvatiyaya qarşı keçirəcəkləri matçdan danışıb. Henderson söhbət əsnasında rəqib komandanın kapitanı Luka Modriçə təriflər yağdırıb:

 

“Onlar çox yaxşı oynadılar və yarımfinala gəldilər. Bizi gərgin matç gözləyir. Luka Modriç haqqında xüsusi danışmaq lazımdır. Ona qarşı bir neçə dəfə oynadım.

 

Rəqib kimi meydanda üz-üzə gəldiyim ən güclü oyunçulardan biridir. Amma onu saxlayacaq planımız var. Bunu matçın ilk dəqiqələrindən tətbiq etməyə çalışacağıq”.

Tarix: 11 İyul 14:36    Oxunub: 89    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.