Lüksemburq klubu "Qəbələ" ilə oyunlara erməni futbolçu sifariş etdi

Avropa Liqasında Azərbaycan təmsilçisi “Qəbələ”nin rəqibi olan Lüksemburqun “Proqres” klubu I təsnifat mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.

 

Sportinfo.az” xəbər verir ki, baş məşqçi Paolo Amodionun müəyyənləşdirdiyi 25 nəfərlik siyahıda 4 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.

 

Onların sırasında ümumilikdə 9 legioner - 5 fransalı, 3 portuqaliyalı və 1 ermənistanlı futbolçu var.

 

Qapıçılar: 1. Sebastyan Floss (Fransa), 13. Çarli Şinker, 16. Vensan Koelyo, 30. Stefan Ferreyra da Kosta;

 

Müdafiəçilər: 5. Ben Fogel, 17. David Soareş (Portuqaliya), 20. Jordan Qobron (Fransa), 22. Marven Martens, 23. Adrian Ferino (Fransa), 34. Tim Hall, 70. Yann Matias Markes;

 

Yarımmüdafiəçilər: 6. Farid İkene, 8. Dino Ramdedoviç, 9. Yannik Bastos, 10. Olivye Till, 19. Mario Mutş, 27. İqor Teles, 31. Sebastyan Till, 38. Metin Karayer (Fransa);

 

Hücumçular: 7. Mayron de Almeyda (Portuqaliya), 11. Mayk Şnayder, 14. Emmanuel Fransuaz (Fransa), 21. Kevin Kerqer, 28. Romeu Torreş (Portuqaliya), 87. Aleksandr Karapetyan (Ermənistan)

 

“Proqres”lə ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

 

Cavab matçı isə iyulun 19-da Düdelanjda baş tutacaq. Bu gün səhər saatlarında Bakıya çatan Lüksemburq klubu erməni hücumçusu Aleksandr Karapetyanı Azərbaycana gətirməyib. 

Tarix: 11 İyul 14:00    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.