“Xorvatiyada 4 milyon məşqçi var” - Zlatko Daliç iddia etdi

Sportinfo.az xəbər verir ki, Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirəcəkləri oyundan öncə sualları cavablandırıb. :

 

Xorvatiyanın çempion olmaq şanslarını necə qiymətləndirirsiniz?

- Avropanın güclü klublarında oynayan yaxşı futbolçularımız var. Amma komanda olaraq uzun müddət bir şey qazanmadıq. Yaxşı nəticə almaq üçün bir şeyi dəyişdirmək lazım idi. Bu nəslin gücünü düzgün qiymətləndirmək lazım idi. Bu turnirdə biz dediyimizi etdik.

 

Luka Modriçin çıxışını necə izah edirsiniz? Sanki meydanın hər yerindədir...

- O, iradəsini xarakterini, oynamaq arzusunu göstərir. Luka istədiyi hər şeyi əldə edir. Bu onun son dünya çempionatıdır. Digər oyunçular da ona kömək edirlər. Biz komanda şəklində çalışırıq.

 

Kiçik bir ölkə 20 il bundan əvvəlki uğuru (Xorvatiya 1998-ci il dünya çempionatında 3-cü yerin sahibi olmuşdu) necə təkrar edə bilər? Bu böyük istedadı işidirmi?

- Bizdə heç bir şeyi xaric edilə bilməyəcəyi ölkə var. 4 milyon məşqçi var (Xorvatiya əhalisini nəzərdə tutur. Bu ölkənin cəmi 4,2 milyon əhalisi var.) və hər kəs futbol haqqında bilir. Bu iş və istedaddır. Xorvatiyada infrastruktu yaxşıdır və biz futbol oynayırıq.

 

Tarixən Xorvatiya Rusiyaya dəstək göstərib. Damaqoy Vida və Oqnen Vukoyeviçlə baş verənlərə baxmayaraq onlar sizə dəstək olacaqmı?

Yaşadığımız hər şeyə görə minnətdaram və hər yerdə özümüzü möhkəmləndiririk. Əlbəttə ki, onların dəstəyini gözləyirik. Rusiyada bir neçə həftəmiz keçdi və yaddaşımızda dərin izlər buraxacaq.

Tarix: 11 İyul 13:48    Oxunub: 117    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.