“Atletiko” yeni qapıçı aldı

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi qapıçı Antonio Adanı heyətinə qatıb.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qolkiper yeni klubu ilə 2 illik müqavilə bağlayıb. “Betis”lə müqaviləsinin müddəti bu yay başa çatan futbolçu “Atletiko”ya azad agent kimi keçib.

 

Adan 2014-cü ildən “Betis”də çıxış edirdi. Madrid “Real”ının yetirməsi olan Antonio 2013/14 mövsümündə İtaliyanın “Kalyari” klubunda da forma geyinib.

Tarix: 11 İyul 13:36    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.