"Qarabağ" "Olimpiya" ilə səfər matçının canlı yayımını təşkil edəcək

 “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə səfərdə keçirəcəyi ilk oyunun canlı yayımını təşkil edəcək.

 

Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovun “report”a verdiyi məlumata görə, azarkeşlər matça klubun rəsmi saytı vasitəsi ilə baxa biləcəklər.

 

Klub rəsmisi bildirib ki, yayım üçün “Olimpiya”dan icazə də alınıb. Lakin Sloveniya tərəfi oyunun məhdud formada göstərilməsinə icazə verib:

 

"Bu səbəbdən, matçı “Dailymotion” üzərindən təqdim edəcəyik və yayımı yalnız Azərbaycan, Türkiyə və Rusiyadan izləmək mümkün olacaq. Rəsmi saytımızda görüşün linkini yerləşdirəcəyik”.

 

Sportinfo.az xəbər verir ki, iyulun 11-də Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Tarix: 11 İyul 13:12    Oxunub: 282    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.