Paytaxt klubu daha bir braziliyalı qapıçı aldı

“Roma” heyətinə daha bir futbolçu cəlb edib.

 

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı qapıçı Daniel Fuzatonun transferini rəsmiləşdirib.

 

Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. 21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. O, “Roma”ya üçüncü qapıçı kimi cəlb olunub.

 

Komandanın əsas qapıçısı Fuzatonun həmyerlisi, Braziliya yığmasının da şərəfini qoruyan Alissondu. Ehtiyat qapıçı kimi isə bir müddət öncə Antonio Mirante transfer edilmişdi.

 

Fuzato “Palmeyras”ın yetirməsidi. Rəsmən təsdiqlənməsə də, gənc qolkiperin transferinin “Roma”ya 500 min avroya başa gəldiyi qeyd olunur. Braziliyalı qapıçının özü isə ilinə 300 min avro qazanacaq.

Tarix: 11 İyul 12:48    Oxunub: 132    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.