Bu legionerin "Neftçi" haqda fikirləri ADAMIN AĞLINI ALIR

"Neftçi" Azərbaycanın tarixi komandasıdı".


Sportinfo.az xəbər verir ki, bunu Cənubi Koreyanın "Seul E-Land" klubuna yenicə transfer olan İqnasio Errera "Estadio Deportivo"ya müsahibəsində deyib.


Çilili hücumçu bu yay yollarını ayırdığı Bakı klubu haqda danışıb, Azərbaycan futbolunun hazırkı vəziyyətinə aydınlıq gətirib:

 

"Düzdü, indi ən məşhur və dəbdə olan kollektiv "Qarabağ"dı. Çünki bu, Avropaya uyğunlaşmış və imkanlı klubdu.

 

Lakin "Neftçi" də çox önəmlidi. Artıq kluba yeni rəhbərlik gəlib və komandada böyük dəyişikliklər baş verib.

 

Ötən mövsümkü heyət sıfırdan başlanaraq, tam yenilənib. Əvvəllər heç vaxt birgə oynamayan çoxlu yeni futbolçu alınıb.

 

Keçən mövsümün bombardiri Baqali Dabo, yüksək keyfiyyətlərə malik haitili Soni Mustivar transfer olunub.

 

Bu komanda ondan çox şeyin tələb olunduğunu, Avropada rəqabət aparmasının vacibliyini anlayır. Çünki 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə yüksəlib, İtaliyanın "İnter", Rusiyanın "Rubin" kimi komandalarına qarşı çıxış edib. Bu səbəbdən, hazırkı durum onlar üçün yeni deyil".

 

Tarix: 11 İyul 12:36    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.