"Qarabağ" üzərində qələbə qazanacağımıza söz verə bilmərəm"

Sloveniya "Olimpiya"sının kapitanı Branko İliç Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb. 

 

Sportinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi mətbuat konfrasında "Qarabağ"ın Bolqarıstandan "Ludoqorets" və "Dinamo" (Kiyev) ilə Avstriya toplanışındakı yoxlama oyunlarına baxdıqlarını bildirib.

 

Onun fikrincə, Azərbaycan təmsilçisi bu görüşlərdə yaxşı oynamaq üçün lazımi keyfiyyətə malik olduğunu göstərib: "Bununla yanaşı, komanda ciddi dəyişikliyə məruz qalıb və elə də optimal formada deyil.

 

"Qarabağ" yaxşı komanda olsa da, biz özümüzə inanırıq və inkişafa nail olmuşuq. Fikrimcə, mərhələ adlayacağımıza ümid edə bilərik. Düşünürəm ki, indiyədək yaxşı işlər görmüşük". 

 

İliç yeni baş məşqçi İliya Stolitsanın oyun üslubundan da danışıb: "Stolitsa rəqibi bizim oyunla ayaqlaşmağa məcbur etməyimizi istəyir.

 

Biz bunun üzərində işləyir, təhlillər aparır, səhvlərimizi düzəldirik. Qələbə qazanacağımıza söz verə bilmərəm. Çox yaxşı oynamağa çalışacaq və ötənilki nəticəni təkrar etməmək üçün hər şeyi edəcəyik".

 

İyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Tarix: 11 İyul 12:24    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.