Bravo, "Neftçi"! - VİDEO+LENT

Əhmədli qəsəbəsində yerləşən “Bravo Hipermarket”də “Neftçi”nin futbolçuları – Mirabdulla Abbasov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Slavko Braliç, Kvame Karikari və Dario Frederikonun iştirakı ilə azarkeşlərlə görüş keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Uypeşt” oyunu öncəsi baş tutan tədbirdə azarkeşlər arasında viktorinalar təşkil olunub.

 

Qalib azarkeşlərə hədiyyələr təqdim edilib. Sonra imzalar paylanılıb, xatirə şəkilləri çəkdirilib.

 

Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri “Dalğa Arena” və 8-ci km stadionlarının kassaları, həmçinin “Bravo Supermarket”in Babək, 20 yanvar və Əhmədli, “Rahat market”in isə “Neftçilər”, “Metropark” və “Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündü.

 

Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir. Oyunu izləmək istəyən azarkeşlərin gedib-qayıtmaları üçün klub tərəfindən 16 ədəd avtobus ayrılacaq. Avtobuslar saat 18:00-da “Ulduz” metrostansiyası yaxınlığından yola düşəcək.

 


 

Tarix: 11 İyul 11:36    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.