“Xarakter göstərdik” - Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının yarımfinal mərhələsində Belçikaya 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis finala çıxmalarına görə çox xoşbəxt olduqlarını bildirib.

 

Çalışdırıcı oyunçularının möhtəşəm iş gördüyünü deyib: “Bu möhtəşəm idi. Oyunçularım üçün çox xoşbəxtəm. Biz xarakter göstərdik və ağıllı oynadıq.

 

Çox çətin idi. Müdafiədə daha etibarlı oynadıq və əks-hücumlarda rəqibə çətinlik yaşatmağa çalışdıq. Futbolçularımın gördüyü iş möhtəşəmdir. Birlikdə 49 gün keçirib çətin işin öhdəsindən gəlmişik”.

Tarix: 11 İyul 11:12    Oxunub: 54    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.