"Sumqayıt" bu məsələdə öz maraqlarını güdən tərəfdi"

«Cavid İmamverdiyev məşqlərə çıxmaqdan imtina edib və klubdan ayrılmaq üçün rəhbərliyə müraciət edib».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

 

Xəbər verdiyimiz kimi, «Sumqayıt»la Cavid İmamverdiyevin yolları ayrılmaq üzrədi. Gələn mövsümdən medallar uğrunda mübarizəyə qoşulmaq iddiasında olan «kimyaçılar» yarımmüdafiəçisini transferə çıxarıb.


Bu, klubun istəyi ilə deyil. Səbəbkar Cavidin özüdü. Belə ki, «Sumqayıt»la 1 illik müqaviləsi qalan millinin üzvü komandanın son məşqlərində iştirak etmir.


Belə demək mümkünsə, aldığı təkliflərdən başı gicəllənən İmamverdiyev burdan getmək üçün hazırlıq prosesini boykot edib. Onun intizamsız hərəkətini görən klub rəhbərliyi transfer bazarının qapısını taybatay açıb.


Mətbuatda yayılan məlumatlara görə, «Qəbələ», «Keşlə», «Qarabağ» və yetirməsi olduğu «Neftçi» təklif göndərib. «Sumqayıt»da aylıq qazancı 6000 manat olan İmamverdiyev bu çağırışlardan birini qəbul eləməyə qərarlıdı. 


Hələ bir neçə gün öncə belə bir xəbər də yayılmışdı ki, Rusiyanın premyer-liqa təmsilçilərindən biri onun xidmətində maraqolıdı və «Sumqayıt»a rəsmi təklif göndərib.

 

Klubun prezidenti Riad Rəfiyev ad açıqlamasa da, faktı təsdiqləmiş və danışıqların getdiyini bildirmişdi. Nə oldu, nə olmadısa, tərəflər anlaşmadı və Cavid qaldı. Bəlkə futbolçunu elə bu qərar özündən çıxarıb?

 

R.Məmmədovu dinləyək: «Kubumuz artıq onu rəsmən transferə çıxarıb. Yaxın iki-üç gün ərzində Cavid İmamverdiyevin hansı kluba keçəcəyi ilə bağlı rəsmi açıqlama veriləcək.

 

O, «Sumqayıt»ın aparıcı futbolçularından biridi. Cavidin məşqlərə çıxmaqdan imtinasını, gəlin, Rusiya, Avropa və ya hər hansı yerli klubdan aldığı təkliflə əlaqələndirməyək. Çünki «Sumqayıt» bu məsələdə öz maraqlarını güdən tərəfdi.

 

Bizimlə daha birillik müqaviləsi olduğu üçün mövcud vəziyyəti götür-qoy edəcəyik. Hansı klubdan daha sərfəli təklif gələcəksə, rəhbərliyimiz də onu dəyərləndirəcək və uyğun hzərəkət edəcək.

 

Klub olaraq, futbolçunun transfer məbləği ilə bağlı heç bir açıqlama vermirik. Hər şey yekunlaşandan sonra məsələyə münasibət bildirməyə çalışacağıq».

 

Tarix: 11 İyul 11:00    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.