"Neftçi"nin "artıq-urtuq"larından daha biri Zaur Axundovun klubunda

Azərbaycanı Avropa Liqasında təmsil etməyə hazırlaşan “Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, paytaxt klubu özbəkistanlı hücumçu Bahodir Nasimovu transfer edib. 

 

Tərəflər arasında neçə illik müqavilə imzalandığı açıqlanmır. Lakin 31 yaşlı oyunçunun “Keşlə”də 11 nömrəli formanı geyəcəyi dəqiqləşib.

 

Nasimovun adı hətta Avropa Liqasının 1-ci mərhələsinin Malta “Baltsan”ı ilə oyunlar üçün sifariş ərizəsinə də daxil edilib.

 

Nasimov 2011-2014-cü illər aralığında “Neftçi”də çıxış edib. O, “ağ qaralar”ın heyətndə 86 oyunda 38 qol vurub. Özbəkistan yığmasının sabiq forvardının son klubu isə ölkəsinin “Buxoro” komandası olub.

Tarix: 11 İyul 10:00    Oxunub: 437    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.