Oteldə ən yaxşı futbolçu mükafatına sahib çıxdı

"Atletiko"nun (Madrid) oyunçusu Tomas Partey Qanada ilin futbolçusu seçilib. 

 

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Qananın paytaxtı Akkradadakı Marriott otelində keçirilən mərasimdə ən yaxşı futbolçu mükafatına sahib çıxıb.  

 

O, bu nominasiyada İngiltərənin "Suonsi Siti" klubunun futbolçusu Cordan Ayu və "Aston Villa"nın oyunçusu Albert Adomanı geridə qoyub. 

 

Tomas Partey 2017-2018 mövsümündə "Atletiko"nun heyətində bütün turnirlər daxil olmaqla 50 matçda iştirak edib və 5 qol vurub. O, Çempionlar Liqasının qrup mərhələsində Madriddə "Qarabağ"la keçirilən qarşılaşmada da fərqlənib. 

Tarix: 11 İyul 09:48    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.