Mikrafob öncə Roberto Bordində, sonra Neboyşa Viqneviçdə

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də "Dalğa Arena”da keçiriləcək “Neftçi” – "Uypeşt” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq.

 

Sportinfo.az xəbər verir ki, tədbir iyulun 11-də "Dalğa Arena”da keçiriləcək və saat 19:30-da başlanacaq.

 

Konfransdan sonra, saat 20:00-da komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

 

Həmin gün "Dalğa Arena”da "Uypeşt” klubunun baş məşqçisi Neboyşa Viqneviçin də mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30-da, məşq isə saat 21:00-da başlanacaq.

 

Tədbirlərdə iştirak etmək istəyən jurnalistlər üçün "Neftçi” PFK tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından yola düşəcək.

 

Saat 19:00-da isə "Dalğa Arena”nın media üçün ayrılmış iş otağında qeydiyyatdan keçmiş jurnalistlərə oyun üçün akkreditasiyalar təqdim ediləcək.

Tarix: 11 İyul 09:36    Oxunub: 94    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.