Udan gününüz olmayacaq?

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, komandamız İranın U-17 komandası ilə görüşüb.

 

Qarşılaşma Bakı Olimpiya Stadionunun məşq meydançasında baş tutub. Asiya təmsilçisinin üstünlüyü ilə keçən matç Ramin Quliyevin yetirmələri üçün uğursuz alınıb.

 

Belə ki, yığmamız meydandan darmadağınla ayrılıb – 0:4. Bu, komandamızın eyni rəqiblə duellərdə ardıcıl ikinci belə yenilgisidi. Üç gün öncə millimiz İrana 1:5 hesabı ilə uduzmuşdu.

 

Tarix: 11 İyul 10:48    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.